İranda 8 gün bundan əvvəl 800 qram çəki ilə dünyaya gələn Emir Arslan adlı körpə koronavirus infeksiyasına qalib gəlib.
SİA İranın rəsmi "IRNA xəbər" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Elmləri Universitetinin Rektor müavini Mahmud Nuri məlumat verib.
Uşaq hazırda 1200 qram çəkidədir. Mahmud Nuri bildirib ki, körpənin anası da virusa qalib gəlib.