Mingəçevir sakini kanalda batdı

25 Aprel 2020 15:00 (UTC+04:00)

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.