Azərbaycan Prezidenti İsrailin dövlət başçısını milli bayram münasibətilə təbrik edib
20 Aprel 2011 05:07 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin milli bayramı münasibətilə Prezident Şimon Peresə təbrik məktubu göndərib. Məktubda deyilir: "İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".