Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə tanış olub FOTO

24 Aprel 2020 13:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub.