Üzüdönüklərdən və yolunu azanlardan adam olmaz

22 Aprel 2020 11:15 (UTC+04:00)

Doğrusu, son günlər özünü "xalifət" adlandıran satqın və quldurların sosial şəbəkələrdə heç bir dövlət rəhbərinin etmədiklərini ölkəmizin Prezidentinin etdikləri bu nailiyyətlərə şər-böhtan yağdırdıqlarını görəndə ağızdolusu lənətləyirəm. Ona görə ki, arxivin zibilliklərində eşələnlər özünü "siasətçi", "lider" adlandırır. Ancaq anlamırlar ki, bir xalqın xoşbəxt və firavan yaşaması, eyni zamanda onun liderinin apardığı siyasətin tərkib hissəsi ilə ölçülə bilər. Əslində bu gerçəklik həm də aksiomadır. Yəni lider xalqının maraqlarının təmin olunmasında xarizmatik keyfiyyətlərini ortaya qoymaqla həm də iradəsini nümayiş etdirir – millətinə, dövlətinə xidmət iradəsini...

Bu yerdə sosial şəbəkədə ötən həftə yazıçı Yunus Oğuzun bir statusun oxudum. Statusda deyilirdi: "Müstəqil Dövlət hər sözə şəbədə qoşan, hər addımda "mənəm-mənəm" deyən, birisinin sözünü o birisi qəbul etməyən, davakarlığı ilə öyünən, özündənrazı, qarmaqarışıqlığa və başıpozuqluğa meyl edən bir toplumu Nizamlı, İntizamlı, Məsuliyyətli bir xalqa çevirdi. Buna da səbəb dövlətin koronavirusla mübarizəyə başlayan gündən apardığım müşahidələr nəticəsində gəldiyim qənaət idi. Təbiidir ki, söhbət Dövlətdən və onun başında duranlardan gedir". Bəli, Dövlət və onun başında duran LİDERDƏN gedir. Çünki bu LİDER koronavirus hələ Çində epidemiya halında olanda, yəni pandemiyaya çevrilməyəndə HƏR BİR VƏTƏNDAŞIN PREZİDENTİ İlham Əliyev artıq bu təhlükəni gördü və buna artıq fevral ayından hazırlıq apardı. Və problkm mərhələ-mərhələ vətəndaşları bu virusla mübarizəyə hazırlamaq üçün, yazıçı Yunus Oğuzu dediyi kimi "yumşaq təzyiq siyasət» apardı və bunu da xalq alqışladı. Nəticədə Beynəlxalq Səhiyyə Təşkilatının rəyinə görə bu epidemiyaya tutulan və itkilərinin az olmasına görə birinci yerdə olduğu bildirilib. Bax, budur LİDER və XALQIN PREZİDENTİ olmaq. Bu DÖVLƏT-PREZİDENT- XALQ faktoru birliyinin bariz mücəssəməsi. Çünki bütün çətin məqamlarda Prezident İlham Əliyev həmişə xalqının, hər bir vətnədaşının yanında olub, bütün mümkün önləyici tədbirlərin dərhal reallaşdırılması üçün göstərişlərini verib. Ən əsas isə, karantin rejiminin elan olunmasından başlayaraq vətəndaşların sağlamlıqlarının mühafizəsi yönündə atılan addımlar, həmçinin sosial təminat və ərzaq təhlükəsizliyinin qorunub-saxlanılması, bolluq təminatı, qiymətlərin artırılmaması, karantin rejimində qalan vətəndaşların əmək haqlarının ödənilməsi, sosial ehtiyacları olan insanlara birdəfəlik ödənişlərin verilməsi, təqaüdlərin ödənişi, sosial qayğıya ehtiyacı olan yaşlıların diqqətdə saxlanılması, xarici ölkələrdə qalan vətəndaşlarımızın ölkəyə geri gətirilməsi və s. kimi faktlar LİDER-XALQ birliyinin nəticəsidir.

Lakin bəzi özündən müştəbehlər, qaragüruhçu siyasiləşmiş qruplar özlərini "lider" adlandıranda yenə də LƏNƏTLƏYİRSƏN beləlrini. Doğrudur, beləlrinin danışıqları xalqımıza heç ldə maraqlı deyil. Çünki onlar özləri başdan-ayağa kimi çirkaba bulaşmış viruslardır, danışıqları da iyrəncdir. Və bu siyasi quldur və Vətən xainlərindən, üzüdönüklərdən və yolunu azanlardan daha adam olmaz. Bu siyasət amili necə olan şeydirsə, ona qoşulan bəzi adamlar az müddət sonra əvvəlki həyat tərzindən fərqli yaşam həyatına malik olurlar. Hətta belələrinin danışıqları, hərəkətləri, verdiyi açıqlamaları da onları tanıyan insanlarda çox təəccüblü fikirlər yaradır. Radikal müxalifət təmsilçilərinin simalarına, onların davranışlarına diqqət yetirilsə, qeyd etdiyim fikirlərin əsaslı olduğunu görmək olar. Vaxtilə Eldar Namazov, Rafiq Əliyev, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli və digərləri insanlarda normal məxluq təsəvvürü yaradırdı. Yəni onlar düz yolda oolduqları zaman tamamilə fərqli idilər və danışıqları da anlaşılan idi. Ancaq elə ki, radikal siyasətə qoşulub təsir altına düşəndən sonra, başladılar hətərən-pətərən hərəkətlər etməyə. Xarici qüvvələr, ayrı-ayrı fondlar, qərb təşkilatları bunları necə qızışdırdısa fönüb oldular radikal müxalifətin şirpələnglər. Hansı ki, düz yolda olduqları zaman elə həmin bu əyri yollu müxalifət bunların az qala hər yerinə söyürdülər.

Götürək daha birini - Rüstəm İbrahimbəyovu. Məsələn, Eldar Namazov kinorejissoru özünə tay etmək üçün "Milli Şura" adlanan qurumun yaradılması ilə bağlı işbirliyi təşkil etdi. Daha doğrusu, Rusiyanın müəyyən maraqlı dairələrinin maddi-mənəvi dəstəyi ilə Namazovla İbrahimbəyov "Milli Şura" ideyasını reallaşdıra bildilər. Amma onların bu qurumda fəaliyyətləri çox qısa oldu, çünki qeyri-ciddi danışıqları, səhv siyasətləri ilə öz həyatlarını qaranlıq məcraya yönəltdilər. Az sonra qurumun yaradılması prosesində iştirak edən altı nəfər təşkilatçıdan dördü, o cümlədən, Eldar Namazov və Rüstəm İbrahimbəyov "Milli Şura"dan istefa verdiklərini bəyan etdilər. Bayqq da qeyd etdiyimiz kimi, siyasətə qoşulmaqla yollarını azanlar sırasında vaxtilə vəzifədə olub, lakin bəd əməllərinə görə oradan uzaqlaşdırılan şəxslər də mövcuddur. Məsələn, götürək keçmiş səhiyyə naziri Əli İnsanovu. Onun son vaxtlar səsləndirdiyi fikirlər, verdiyi bəyanatlardır. Bildirir ki, tərəfdarları mütləq və mütləq müxalifətə qoşulmalıdırlar və s. Onun hansı müxalifətə qoşulmaq işarəsi verdiyi məlum olmadığı kimi, hansı tərəfdarlarından danışdığı da şübhəli və gülməli görünür. Ən azı ona görə ki, İnsanovun tərəfdarları ümumiyyətlə, mövcud deyil. Vəzifədə olduğu zaman qohum-əqrəbasından ibarət ona dəstək verənlər olubsa da, onlar artıq ondan üz döndəriblər. Çünki cəmiyyətin bu adama olan mənfi münasibətinin onlardan da yan keçməyəcəyini başa düşdüklərindən, ictimai rəyin mövqeyindən çıxış etdiklərini bəyan etmək məcburiyyətində qalıblar.

Beləliklə, dediyim budur ki, bu adamlar əslində, nə edəcəklərini belə bilmirlər. Çünki yollarını azıblar. Əgər düz yollarında qalıb, əyri yola getməsəydilər, çox yəqin ki, cəmiyyətə yararlı işlərlə məşğul olardılar. Amma nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmirlər. Çünki hər kəsə çox gözəl bəllidir ki, üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz...Yaxşı olar ki, bu viruslar özləri üçün narahat olmağa başlasınlar...

RƏFİQƏ