Qusarda dirəyə çırpılan avtomobilin sərnişini öldü

20 Aprel 2020 14:59 (UTC+04:00)

Qusar rayonunun Həsənqala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 19-da saat 23 radələrində Qusar rayonunun Həsənqala kəndi ərazisində kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.