İnsanın mənəviyyatı təkcə mühitin təsiri ilə formalaşmır. Hər bir şəxsin maddi-genetik təmələ malik olması, bir növ kodlaşdırılmış sistem olması onun gələcəkdə özünü necə aparması, nəyə daha çox meyilli olması üçün zəmindir. Mənəviyyat anlayışı geniş mənada maddiyyalm qarşılığı olmaqla maddi olmayan hər şeyi əhatə etsə də, dar mənada mənəviyyat "əxlaq" və "tərbiyə" anlayışları ilə eyni tərtiblidir. Digər tərəfdən, mənəviyyat fərdin mənəvi dünyasını ehtiva etməkdən başqa bütövlükdə ictimai həyata aid edilir. "Cəmiyy ətin mənəvi həyatı", "mənəvi mədəniyyət" dedik də söhbət fərdi miqyasdan kənara çıxaraq bir çox sosial institutlara və hətta bütövlük də bəşəriyyətə şamil edilir. Yəni ictimai mühit özü də əxlaqi-mənəvi meyarlarla ölçülür.
Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəldiyi intellektual səviyyədən elm, fəlsəfə, din, əxlaq və digər mənəvi dəyərlər sisteminə yenidən baxılmasına, on ların insan həyatında rolunun yenidən dəyərlən dirilm əsinə böyük ehtiyac yaranmışdır.
İndi daha təkcə nəsihətlə, tərbiyə verməklə, hətta maarifləndirməklə insanın mənəvi kamilliyinə nail olmaq qeyri-mümkündür. Fərdin daxili mənəvi potensialının açılması da təkcə təlim-tərbiyə sayəsində həyata keçrilə bilmir.
Əvvəllər hər bir fərd cəmiyyətdən daha çox təbiətlə üz-üzə idi və mədəni-mənəvi mühitin sıxlıq dərəcəsinin az olması ona öz aurasını yaratmaq imkanı verirdi. İndi bu sıxlıq yüksək həddə çatmışdır. Cəmiyyətin yüksək dərəcədə təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı özündən daha çox, kənar amillərdən asılı olur. İnsan hələ dünyaya gəlməmiş, onun yaşamalı olduğu təbii, sosial-iqtisadi və mədəni-mənəvi mühit formalaşmış olur
İnsan mənəviyyatının kamilləşdirılməsi bir məqsəd kimi qarşıya qoyulursa, əvvəlcə "kamil mənəviyyat" etalonunun özü düzgün müəyyənləşdirilməlidir. Fiziki cəhətdən hamı bir cür sağlamdır, xəstəliklər isə fərqlidir. Amma mənəvi baxımdan sağlam vəziyyətlər özü də fərqlidir. Əksinə, ola bilsin ki, kənaraçıxmaların təsnifatı daha rahatdır. "Yol"dan çıxaran amilləri müəyyənləşdirmək, qruplaşdırmaq bir o qədər çətin olmadığı halda, "yol"un özünün məhz nədən ibarət olması çox vaxt qaranlıq qalır. Lakin məhz "düz yol"un, mənəvi etalonun önə çəkilməsi və guya tam məlum bir şey kimi dəyərləndirilməsi Şərq təfəkkürü üçün çox səciyyəvidir. Xeyirin, fəzilətin, ədalətin, hikmətin nə olduğu guya bəlli imiş kimi bütün söhbətlər buna nail olmaq və ya bundan yayınmaları qınamaq üzərində qurulur. Nəsirəddin Tusi də "Əxlaqi-Nasiri" əsərində "düz yol"u, fəziləti, xeyiri mərkəzə çəkir və bunlardan fərqli fəaliyyəti mərkəzdən uzaqlaşma kimi dəyərləndirir. Bu, özlüyündə dəyərli bir modeldir. Lakin nur mənbəyi kimi baxılan bu mərkəzin insanın özü üçün aydın və işıqlı olduğunu iddia edə bilmərik. Ən qaranlıq və məchul nöqtə bəlkə də elə mərkəzin özüdür. Mərkəzin işıqlanması, fəzilətin aydınlaşması heç də hamıya yox, ancaq seçilmişlərə məxsus bir vergidir. İnsanı nurani edən də əslində fəzilət nurunun təzahürüdür.
İnsanlar məqsədyönlü surətdə "pis" olmurlar. Onlar sadəcə olaraq hər bir konkret situasiyada "yaxşı"nın, xeyirin, "düz yol"un nədən ibarət olduğunu ayırd etməkdə çətinlik çəkirlər. Əlbəttə, 2düz yol"u görərəkdən əyri yol seçənlər də var; onların günahı ikiqatdır. Lakin böyük əksəriyyət bu yolu görə bilməyənlər, fəzilətin ünvanını düzgün tapa bilməyənlərdir
Mənəvi keyfiyyətlərə, işə, əmələ "pis" və "yaxşı" deyə ak-sioloji yanaşmadan fərqli olaraq ölçülü, rasional münasibət bəslənməsi islam məfkurəsinin ən üstün cəhətlərindən biridir. Qurani-Kərim insanları kasıblara yardım etməyə, səxavətli olmağa çağırır. Amma digər tərəfdən, artıq xərc, israfda haram hesab olunur. Müxtəsər mülahizə etməklə məlum olar ki, xəsisilik pis xasiyyətlərdən biri olduğu kimi, israfçılıq da ona bənzərbir şey kimidir. Həlimlik xasiyyətlərin ən yaxşısı hesab edilir, ancaq yeri gəldikdə qəzəbsiz də iş keçmir. Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.
Kamil mənəviyyat modelinin əsasında başqalarına münasibət baxımından xeyirxahlıq, özünə münasibət baxımından xoşbəxtlik dayanır.
Lakin insanın özünə sevinc gətirən, onu xoşbəxt edən hadisələr heç də həmişə başqalarına xeyir gətirən hadisələrlə uzlaşmır.
Ən optimal hal bu uzlaşma məqamının tapılmasıdır. "Başqasına ziyan vurma!" devizi, "özünə qıyma!" devizi ilə tamamlanmalıdır.
Ümumiyyətlə, başqaları haqqında düşünməyən, öz mənəvi durumunu ancaq etiqadla məhdudlaşdıran insanlar (askeılər), başqa sözlə, öz həyatını digər insanlara münasibətdə deyil, ancaq Allaha münasibətdə qurmağa çalışan, ancaq öz daxili mənəvi rahatlığını təmin etmək istəyən insanlarla yanaşı, özünü, öz taleyini, təbii- genetik missiyasını unudaraq, həyatını ancaq başqalarına fayda verməyə həsr edən, yaxud kimlərə isə etibarla xidmət göstərən insanlar da vardır.
İnsanın bir fərd olaraq mənəvi-intellektual inkişafı ilə ictimai tərəqqi arasında ciddi qarşılıqlı əlaqə məqamları vardır. Belə ki, ayrı-ayrı insanların ümumi inkişaf səviyyəsi aşağı olduqda cəmiyyətin təkmilləşdirilməsi çox çətin olur. Digər tərəfdən, ictimai təşkilatlanmanın səviyyəsi, dövlət idarəçiliyinin oplimallığı da öz növbəsində fərdlərin öz şəxsi həyallarını düzgün qurmaları və mənəvi-intellektual inkişaflarının təmin olunması üçün mühüm şərtdir. Insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xysusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı.
Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev bütün dəyərlər içərisində ən böyük üstünlüyü mənəvi amilə vermişdir: "Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır". Dahi şəxsiyyət deyirdi: “Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək,mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".
Azərbaycanda müasir inkişaf prosesi göstərir ki. iqtisadi islahatlarla yanaşı, cəmiyyətin mədəni-mənəvi həyatının strukturunda da adekvat dəyişikliklər aparılmasına böyük ehtiyac vardır. Bu şərt ilk növbədə, ayrı-ayrılıqda elm-təhsil və incəsənət sahələrinə aid olsa da, ictimai həyatın bütün sahələrində əsas amillərdən biri kimi çıxış edir.