Gülüstan Əliyeva Polşada qastrol səfəri zamanı təklif alıb

19 Aprel 2011 02:52 (UTC+04:00)
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva Polşada qastrol səfəri zamanı bir neçə təklif alıb. SİA-nın məlumatına görə, bunu açıqlamasında əməkdar artist Gülüstan Əliyeva bildirib.

O qeyd edib ki, Polşanın Varşava şəhərində təşkil olunan "Mədəniyyət və poeziya" festivalında çıxışından sonra şair Aleksandr Navotsk tətərəfindən təklif alıb.

Bununla yanaşı, Akademik Opera və Balet Teatrında "Əsli və Kərəm" tamaşasının hazırlıqlarının davam etdiyi deyən G. Əliyeva: "Tamaşada tərəf müqabilim Mənsum İbrahimov və ya Səbuhi İbayev olacaq. Digər aktyor kimi gənc Məcnun olan İlkin Əhmədov bu rolda özünü sınaya biləcək".

Tamaşa üzərində hələ hazırlıqlar gedir: "Baxmayaraq ki, 2 ildir tamaşa üzərində hazırlıqlar gedir. Ancaq müəyyən səbəblərdən hər dəfə tamaşanın səhnələşdirilməsi ləngiyirdi. İnanıram ki, bu yaxınlarda tamaşa teatrsevərlərin ixtiyarına veriləcək".