İspaniyada koronavirusla əlaqədar karantin dövründə məişət zorakılığı artıb

18 Aprel 2020 00:24 (UTC+04:00)

İspaniyada koronavirusla əlaqədar karantin vəziyyətinin elan edildiyi martın 14-dən aprelin 15-dək məişət zorakılığı qurbanlarına qulluq xidmətinə 7895 zəng daxil olub.

SİA İspaniya Hüquq Bərabərliyi Nazirliyinə istinadla xəbər verir ki, aprelin ilk iki həftəsi ərzində zənglərin sayı 47,3 faiz artıb. Məlumatlar təsdiq edir ki, karantin rejimində zənglərin sayı artır.

Hüquq Bərabərliyi naziri İrene Montero bildirib ki, gender zorakılığı qurbanlarına onlayn-məsləhətlərin sayı 65 faiz artıb. Gender Zorakılığı üzrə Şuranın ekspertlərinin sözlərinə görə, sevindirici haldır ki, qadınlar amansız rəftar haqqında məlumat vermək vasitələrindən fəal istifadə edirlər, lakin bu addımdan sonra onların başına gələnlər daha böyük təşviş yaradır.

Bu il İspaniyada 18 qadın, o cümlədən karantin zamanı 2 qadın öz həyat yoldaşları və ya keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilib.