“Koronavirus pandemiyası hələ bitməyib və davam edir. İki mühüm nəticə çıxarmışam. Bunlardan birincisi koronavirusa qarşı mübarizədə dövlətin səyləridir ki, ölkəmizdə koronavirusun sürətlə yayılmasının qarşısı məhz ölkə başçısının vaxtında verdiyi qərarlar sayəsində alındı”. SİA-nın xəbərinə görə, bunu İnsan Hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu gün Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə istiqamətində gördüyü işləri təqdir etdiyini deyən millət vəkili baş verən proseslərlə əlaqədar ölkəmizdə xeyriyyəçilik istiqamətində görülən işlərin müsbət qarşılandığını deyib: “Artıq ölkə başçısı sahibkarlara, insanlara müraciət edir ki, yardımlaşın, köməkləşin. Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərimiz olub. Bu gün həmin xeyriyyəçilik işlərini dövlətimiz, Prezident, I Vitse-prezident, Heydər Əliyev Fondu aparır. Bələdiyyələr də bu gün bu tədbirlərdə aktiv iştirak etməlidir”.