“Azərbaycanın tarixi abidələri”

17 Aprel 2020 15:15 (UTC+04:00)

Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar bu gün Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın tarixi abidələri” adlı virtual sərgi onlayn rejimdə oxuculara təqdim edilib. SİA-nın məlumatına görə, virtual sərgidə (http://anl.az/el/vsb/ Azerbaycanin_tarixi_abideleri/index.html) Azərbaycanın tarixi abidələri təqdim olunur və hər bir tarixi abidə haqqında ətraflı məlumat verilir. Sərgidə həmçinin Milli Kitabxananın saytının http://anl.az/new/ “Elektron kataloq və elektron kitabxana” bölməsində yerləşdirilmiş mövzuya dair resursların linkləri də verilib.

Qeyd edək ki, Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar Milli Kitabxanada elektron məlumat bazasının təqdimatı da planlaşdırılıb.