13-16 aprel 2020-ci il tarixlərdə yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və rayonun “Gənclər Paytaxtı-2020” seçilməsinə həsr olunmuş gənclər arasında onlayn qaydada “Nə? harada? Nə Zaman” intellektual oyunu üzrə Masallı rayon birinciliyi keçirilmişdir.
Whatsapp vasitəsi ilə keçirilən onlayn oyununun əsas məqsədi xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bədlərinin rayonumuzda icrasını təmin etməkdir.
Üç mərhələ üzrə keçirilən onlayn oyununun final mərhələsində bütün rəqiblərindən üstün oyun sərgiləyən gənclərdən ibarət “Therion” komandası 39 xalla birinci, “Big-Bang” komandası 38 xalla ikinci, “New Graduates” komandası 36 xalla üçüncü yerlərə layiq görülmüşlər.
Onlayn qaydada keçirilən oyunda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.
Əlihüseyn Şükürov