Çempionlar Liqasının (ÇL) final matçının tarixi müəyyənləşib.
SİA xəbər verir ki, turnir planlaşdırılan vaxtda bərpa olunsa, UEFA həlledici görüşün avqustun 29-da keçirilməsini istəyir.
Qurum gələn həftə baş tutacaq videomüşavirədə bunu üzv federasiyalara təklif edəcək, İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxaracaq. UEFA koronavirus pandemiyası səbəbindən dayandırılan ÇL-in 1/4 final mərhələsinin 28-29 iyul tarixində, qalan qarşılaşmaların isə avqustda keçirilməsini hədəfləyir. Avropa Liqasının finalı isə 26 avqust tarixinə planlaşdırılır.
Qeyd edək ki, Çempionlar Liqasının final matçının İstanbulda, Avropa Liqasının həlledici görüşünün isə Qdanskda keçirilməsi nəzərdə tutulur.