Gömrükçülər daha 80 ailəyə yardım ediblər VİDEO/FOTO

16 Aprel 2020 15:25 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 80 ailəyə yardım ediblər. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi və idarənin “Biləsuvar” gömrük postunun, DGK İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.