Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli Sevinc Osmanqızının anti-Azərbayan dairələr və erməni lobbisi tərəfindən maliyyə dəstəyi alan “Osmanqızı tv” vasitəsi ilə qaragüruhçu qrupları itaətsizliyə, karantin rejimini pozmağa yönəlik çağırışları etmişdi. Hətta bununla bağlı ötən gün saytımızda AXCP sədrinin çağırışına dəstək verən anarxist dəstələrin rəyləri, statusları da ictimaiyyətin diqqətinə çatdırılmışdı. Lakin…
Bu “siyasətlərini” də əvvəllər olduğu kimi, siyasi savadsızlıqla, ağılsızcasına yürüdərək, özlərini daha çox ifşa etmiş oldular
Lakin bu ifşadan sonra Ə.Kərimli dərhal və hər zamankı kimi qorxub-geriyə çəkilərək, necə deyərlər, “tüpürdüyünü yalamağa” məcbur olub. Daha dəqiq desək, faktlar bir-birini ardıcıl surətdə əvəzlədikcə, “cəbhəbaşı” Kərimli sözün həqiqi mənasında hansı səhvə yol verdiyini gec də olsa dərk edərək, sözlərini geri götürməklə yanaşı, hətta partiyadaşlarını evdə oturub, karantin rejiminə əməl etməyə (?!-R.N.) səsləyib. Hələ bu da azmış kimi, o “Milli Şura”dakı adamlarına – Cəmil Həsənliyə, Gültəkin Hacıbəyliyə və başqalarına sosial şəbəkələrdə karantin rejiminə riayət etmək istiqamətində statuslar yazmalarını tapşırıb. Guya o və ətrafı dinc siyasi mübarizənin tərəfdarı olduqlarını tirajlamağa cəhd etdilər. Ancaq qeyd olunduğu kimi, bu “siyasətlərini” də əvvəllər olduğu kimi, siyasi savadsızlıqla, ağılsızcasına yürüdərək, özlərini daha çox ifşa etmiş oldular.
Onun üçün maraqlı olan istənilən qanunları pozmaq bu barədə xaricdəki ağalarına hesabat verməkdir
Əslində həmin ifşa hələ ötən ayın martında baş verib. Xatırlatmaq yerinə düşərdi ki, məhz martın 14-də “cəbhəbaşı” Ə.Kərimli kafelərin birində tərəfdarlarını bir yerə yığaraq, heç bir karantin rejiminə əməl etmədən toplantı keçirmişdi. Bununla da sübut etmişdi ki, onun üçün nə insanların salamlığı, nə də qanunlar maraqlı deyil. Onun üçün maraqlı olan istənilən qanunları pozmaq bu barədə xaricdəki ağalarına hesabat verməkdir. Və..!
Əsas məsələlərdən biri də budur ki, indi də “dinc siyasi mübarizə” məsələsini gündəminə çıxarıb, kirli əməllərini gizlətməyə çalışan AXCP sədri yəqin ki, ötən il icazəsiz aksiya cəhdlərini və insanları küçələrə səsləməsini, polislə qarşıdurmaya getməsini də unutmayıb.
Digər tərəfdən, bu həmin Ə.Kərimlidir ki, onun ayağına hələ 1992-ci ilin cinayətləri yazılıb. Tarix və xalq da unutmayıb ki, hələ həmin ildə Ali Sovetin binasına silahlı hücum zamanında da, 2003, 2005 və sonrakı illərdəki olaylarda da onun adı birincilər sırasında yer alır. Sözün qısası, bu gün “tüpürdüyünü yalayıb” geriyə addım atan “cəbhəbaşı” Kərimli karantin rejiminə əməl etmək çağırışları ilə heç də törətdiyi əməllərini qara səhifələrdən silə bilməyəcək…
Rövşən NURƏDDİNOĞLU