İşğalçı Ermənistan ordusu yenidən atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən hərbçiləri aprelin 17-də saat 09:30 -dan 09:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kənd ində yerləşən mövqelərdən Aqstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.20-dən 18.45- dək və aprelin 18- də saat 00.30- dan 00.40- dək Fizulu rayonu, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.