Min dəfələrlə demişəm, yenə deyirəm və deməkdən də usanmıram. Bizim atalar sözlərimizi diqqətlə oxuyub idrakla dərk eləyən insana nə Aristoteli oxumağa ehtiyacı var, nə Qabusnamə"ni, nə də İmanuel Kantı! Bu millət tarix boyu baş verənləri həyat süzgəcindən keçirərək çox yığcam formada hər bir olmuşlar və olacaqlara dair elə kəlamlar ortaya qoyub ki, onları oxuyub dərk edən hər kəs həyat fəlsəfəsini bütün çalarları ilə özü üçün müəyyən edə bilər.
Yazıya başlıq seçdiyim bu kəlamı da atalarımız deyib, qoyub gedib. Bəzən bunu elə izah edənlər olur ki, guya atalarımız deyib ki, necə allaha sitayiş edirsənsə, elə də padşaha (İndiki zamanımızda Prezidentə) sitayiş elə. Çox deyimləri belə yanlış anladığımızdan onun mahiyyətinə vara bilmir və bətnindəki fəlsəfəni anlamadan bunu atalarımızın yanlışı (Əstəğfurullah!) kimi bağıranlar da olur. Nə etməli, cəmiyyət inqubator sexi deyil ki, hamı eyni formada , eyni məzmunda ola! Bu, yer üzünün əşrəfi olan insanın cəmiyyətidi və orda hər cür düşünən də olacaq, hər cür yaşam yolu seçənlər də. Xülasə, yenə deyəcəklər fəlsəfə açdı. Odur ki, qayıdaq mətləbin ortasına. Bu kəlamla atalar onu deyib ki, hər toplumu, hər cəmiyyəti idarə edəni saymalı, ona inanmalı, onun dediklərinə əməl etməli və yolunu saxlamalı, hörmət və sayğını əskik etməməlisən. Bu fəlsəfəni anlatmaq üçün ona yardımçı bir kəlamı da deyib atalarımız: allahsız yerdə otur, böyüksüz yerdə oturma! Sizcə atalarımız bununla bizləri allahsızlığa dəvət ediblər? Qətiyyən. Sadəcə Allahını sev, ona inan, amma onun da ən şox istədiyi yaratdığı yer kürəsində bütün məxluqat arasında düzənin olmasıdır ki, bu düzəni də quran və idarə edən böyüklərdi. Böyüklər ailədən, bir nəsldən başlamış, indiki zamanımızda bir kəndə, bir bölgəyə, bir ölkyə qədər bütün toplumları idarə edənlərdir ki, yerdə bu idarəçiliyin toplumlarda pozulması, həmin cəmiyyəti, bu geniş vüsət alanda isə ümumən planetimizi təhlükələrə istiqamətləndirir. Ona görə də, hər kəs evdə evin rəisini (bizim mentalitetə uyğun olaraq atanı), obada hər kəsin seçdiyi və vəkil etdiyi nümayəndəni, cəmiyyətdə isə ölkəni idarə edəni,keçmişdə padşah, sultan, xan və s., indidə isə Prezident dediyimiz nümayəndəni gərəkdir ki, eşidək, dediklərini qəbul edək və ona inanaq. Əks-təqdirdə, aşağıdan yuxarı elə bir özbaşınalıq yaranar ki, bunun altından çıxmaq üçün (o da çıxa bilsək, hər zaman Ulu Öndər Heydər Əliyev olmayacaq ki, dağılmış cəmiyyətə sahib çıxıb onu yoluna qoysun). Şükür allaha ki, indi demokratiya deyilən bir idarəçilik mövcuddur və taleyini həll edəcək liderini də, aşağıdan yuxarı insanlar özləri seçirlər. Yəni, toplumun əksəriyyəti kimi istəyirsə, o da olur lider (Yəni keçmiş zamanlarda padşah, indiki zamanımızda Prezident!).
Bu yerdə bir məqama da aydınlıq gətirmək yerinə düşər, məncə. Müqəddəs söz kimi qəbul elədiyimiz "PEYĞƏNBƏR" kəlməsinin hərfi mənası "GÖNDƏRİLMİŞ" deməkdir. "Peyğəm" ərəbcə göndəriş deməkdir və həmin müqəddəs kəlmə də bu sözdən yaranıb. Sadəcə bizlər bu sözü müqəddəslər haqqında işlətdiyimizə görə, onun ifadəsi bir qədər fərqlənib. Eyni zamanda, dini kitablarda da yazılır ki, allah yer üzünə Həzrəti Məhəmmədə(S.Ə.) qədər 124000 min peyğəmbər göndərib. Məğzinə varmırıq ki, bu qədər peyğənbərlər yer üzünə nə vaxt gəlib, necə gəlib ki, insanlar bundan xəbərsiz olub? Mən bunun cavabını tapmışam. Yer üzünə düzən gətirən, toplumları idarə edən, bəşəriyyətin inkişafında tarixi rol oynayan insanların hər biri Allahın sevdiyi toplumlara göndərdiyi şəxsiyyətlərdir ki, onlara da peyğənbər deyilib. Bu mənada, bir millətin taleyində əvəzsiz rol oynayan,onu bəlalar girdabından xilas edib, dünyanın inkişaf düzəninə çıxaran, cəmiyyəti ilbəil irəli apara bilən hər bir lider Allahın göndərdiyi liderdir.
Oxucum məni düzgün anlasın. Mən kiminsə peyğəmbər kimi qəbul edilməsini iddia etmirəm. Ancaq xalqını, mənsub olduğu milləti xaosdan çıxarıb da inkişafına təməl qoyan və bu təməl üzərində millətinin tarixində ən böyük tərəqqi dövrünü reallaşdıran lider, şəksizdi ki, ulu tanrıdan güc alır. Belə də, Ulu Öndər Heydər Əliyev dediyi kimi, bir kəsi Allah qoruyursa və yüksəldrsə,bəndə kim ki, onun qarşısını kəsə bilsin? Bütün bu uzun-uzadı dediklərimin tək bir yekun mənası var. Bu gün xaricdə oturub, millətimizin seçdiyi, etibar elədiyi liderə şər, böhtan yağdırırlar. Son vaxtlar isə hədlərini o qədər aşıblar ki, təhqirdən, söyüşdən də gen-bol istifadə edirlər. Erməni qucağında oturub, bu ikiayaqlı məxluqları da qucağına alıb məqsədli kompaniya aparan Leyla Yunusun da, onun üzdəniraq "qəhramanları"nın da ölkə içində yaxınları, qohum-əqrabaları yox deyil. Allahın bizlərə bəxşi olan və ölkəni qan axan, od püskürən bir regionda sabitlik adasına çevirən, cəmi 16 ildə başqa ölkələrin yüz ilə qət edə bilmədiyi yolu ustalıqla keçərək millətini irəli aparan, bütöv bir ölkəni ilan kimi soyub yenidən quran, nəhayət nə az, nə çox, dörd dəfə xalqın mütləq əksəriyyətinin səsi ilə etimad göstərilən liderimizin nüfuzuna, şəxsiyyətinə xələl gətirən belə çıxışlara sözümüzü deməyin vaxtı çatıb. Kiminsə ölkədəki problemlərlə bağlı tənqid səsləndirməsinə kimsənin də etirazı yoxdur və ola da bilməz. Ancaq tənqid etməyə fakt tapmayıb ölkə başçısını, onun yaxınlarını, komandasını təhqirə tuş qoyan hər kəsə, cəmiyyət və millət olaraq yerini göstərməliyik. Bunu etməsək, əksinə, bəzən içimizdən də belələrinin əlinə qıl uzatsaq, o zaman cəmiyyətin düzəni təhlükəyə tuş gələr. Ən azı ulu tanrı bizləri əfv etməz. Çünki hər bir lider onun göndərişi və xalqın seçimi ilə lider olur.
Tanrının göndərdiyi və toplumun seçdiyi liderlərə hörmətsizlik isə tanrıya və topluma hörmətsizlikdir. Kim qəbul edirsə, özü bilər, amma mən bunu yeyə bilmirəm və içimdə odlanram. Allah sizi də bu mənada odlandırsın. Odlandırsın ki, bu gedişin millətə koronavirusdan da böyük bəla gətirəcəyini anlayasınız. Anlayasınız ki, nəticəni dəyişmək üçün indidən haqqın yolunu tuta və bu yolla irəliləyə biləsiniz. Tanrı bu yolda millətimizə yar və yardımçı olsun.
AMİN! AMİN! AMİN!
Təhmasib Novruzov