"İrəvan danışıqların uzadılmasına çalışacaq" AÇIQLAMA-ÖZƏL

14 Aprel 2020 15:50 (UTC+04:00)

"Ermənistan koronovirus epidemiyasına baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin ikinci tur "seçki"lərini keçirir. Araik Artunyan və Masis Maliyan arasında keçirilən "seçki"nin məqsədi Paşinyanın orada nəzərəti öz üzərinə götürməsi, bunula da Serj Sarkisyan və Robert Koçaryan siyasi sistemini siyasət mərkəzindən təcrid edilməsidir. Çünki, hər iki şəxs Paşinyana yaxındır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Paşinyan separatçı rejimə nəzarəti əldə etməsi nəticəsində separatçıların digər üzvülərinə qarşı cinayət işi qaldırılacaq və onlar həbs ediləcəklər.

Qondarma qurumda keçirilən "seçki"lər legitim olmadığını deyən politoloq söyləyib ki, bu Ermənistan siyasi səhnəsində yerini möhkəmləndirmək üçün klanların savaş meydanıdır: "Onlar Qarabağ kartında istifadə edərək siyasi hakimiyyət uğrunda mübarizə aparırlar. Ümumiyyətlə, qondarma rejimin rəhbərliyini Ermənistan hakimiyyəti müəyyən edir və Paşinyan da buradakı rəhbəriliyi ələ alır. Belə olan halda, Azərbaycanla aparılacaq danışıqlarda artıq Paşinyan üçün əlavə bəhanə predmeti olmayacaq. Çünki, ona qarşı gələn "Qarabağ klanı"nı oradan uzaqlaşdırır".

M. Əsədullazadı qeyd edib ki, əgər, Paşinyan danışıqlara getməsə, Azərbaycan tərəfinin artıq Paşinyana vaxt tanıması mümkün deyil: "İrəvan danışıqların uzadılmasına çalışacaq. Lakin Azərbaycan konkret olaraq hərəkətə keçməlidir".

Politoloq əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin təlimləri Ermənistan üçün mesajdır: "Bir neçə gün bundan əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrovla Ermənistan XİN rəhbəri Z. Mnatsakayanla telefon danışığı, ardınca Azərbaycan XİN rəhbəri ilə telefon əlaqəsi Rusiyanın yeni planından xəbər verir. Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılmasında maraqlı deyil".