İlham Əliyev suriyalı həmkarını təbrik edib

17 Aprel 2011 09:17 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinı görə, təbrikində deyilir: "Hörmətli cənab Prezident, Suriya Ərəb Respublikasının milli bayramı - Evakuasiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

 

Ümidvaram ki, Azərbaycan-Suriya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh və rifah diləyirəm".