Zaqatalada evdən oğurluq edən şəxs tutuldu

14 Aprel 2020 15:32 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Ə.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Tala kənd sakini Ə.Məmmədov saxlanılıb.