Milli komandaların təqvimi ilə bağlı açıqlama FIFA

14 Aprel 2020 15:05 (UTC+04:00)

FIFA milli komandaların beynəlxalq oyunların təqvimi ilə bağlı xüsusi işçi qrupunun məşğul olduğunu bildirib. SİA-nın məlumatına görə, bu barədə qurumdan "RİA Novosti"yə bildirilir. FIFA mümkün dəyişikliklər barədə məlumatın əlavə olaraq dərc ediləcəyini vurğulayıb.

Qeyd edək ki, FIFA-nın vitse-prezidenti Viktor Montalyani beynəlxalq matçların 2021-ci ildən əvvəl başlaya bilməyəcəyini söyləyib.