Klublararası dünya çempionatının başlama vaxtı daha da uzadıla bilər

14 Aprel 2020 15:00 (UTC+04:00)

Koronavirus pandemiyasına görə təxirə salınan klublararası dünya çempionatının təqribi keçirilmə vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, mundial 2022-ci ilin iyununda təşkil oluna bilər.

Yarış 2021-ci il 17 iyun-4 iyul tarixlərinə nəzərdə tutulurdu. Amma “AVRO-2020”nin növbəti ilə təxirə salınması klublararası dünya çempionatının da vaxtının dəyişməsinə səbəb olub.

Qeyd edək ki, turnir yeni formatda və 4 ildən bir keçiriləcək. İştirakçılarının sayının 7-dən 24-ə yüksəldiləcəyi gözlənilir.