Aptekdən oğurluq edən şəxs tutuldu

14 Aprel 2020 14:59 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.