Bərdə peşə məktəbində qoruyucu tibbi maska tikilir - FOTOLAR

14 Aprel 2020 14:40 (UTC+04:00)

Əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Bərdə Rayon Peşə liseyinin təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən peşə məktəbinin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən tibbi maskaların tikilməsinə başlanılıb. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.

Məktəbin Drektoru Şəmil Şükürovun verdiyi məlumata görə, təhsil ocağının bir necə dərzisi tərəfindən hazırda 200-ə yaxın maska tikilir. Gələcəkdə tikilən maskalarının sayınını artırılması nəzərdə tutulub. Kollektiv tərəfindən tikilən tibbi maskalar ehtiyacı olan vətəndaşlara pulsuz paylanılır.

Qeyd edək ki, Peşə məktəbində gün ərzində 1000-1500 ədəd qoruyucu maskanın tikilməsi və vətəndaşlara çatdırılması nəzərdə tutulur.