Türkiyəli siyasətçi koronavirusun qurbanı olub

14 Aprel 2020 11:28 (UTC+04:00)

Türkiyəli siyasətçi, Müstəqil Türkiyə Partiyasının sədri Heydər Baş koronavirusdan həyatını itirib. SİA-nın məlumatına görə, 73 yaşlı H.Baş 5 gün idi ki, reanimasiyada müalicə olunurdu.

Onunla birlikdə ailə üzvləri də Trabzonda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, H.Başın ailəsinin 8 üzvündə koronavirus aşkar edilib.