Türkiyə "Lapis Lazuli" marşrutu ilə bağlı sazişi ratifikasiya edib

14 Aprel 2020 10:55 (UTC+04:00)

Türkiyə "Lapis Lazuli" marşrutu ilə bağlı tranzit-nəqliyyat əməkdaşlığı sazişini ratifikasiya edib. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.

Müvafiq qanun dərc olunduğu gündən qüvvəyə minir.

Qeyd edək ki, "Lapis Lazuli" barədə saziş 2017-ci il niyabrın 15-də Aşqabadda Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.

Layihəyə əsasən, "Lapis Lazuli" marşrutu Əfqanıstanın Herat əyalətindəki Turqundi şəhərini Aşqabadla, daha sonra Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Marşrut Bakıya qədər uzanacaq, daha sonra Tbilisidən Ankaraya, Ankaradan İstanbula qədər davam edəcək. Gürcüstan ərazisində dəhliz Poti və Batumi limanlarınadək uzanacaq. Layihənin dəyəri 2 milyard dollar məbləğində qiymətləndirilir.