Sağalan xəstələrin hamısı bu virusa qarşı immunitetə ​​malik deyillər - ÜST-dən xəbərdarlıq

14 Aprel 2020 10:38 (UTC+04:00)

Covid-19-dan sağalmış bütün xəstələrin özlərini ikinci bir infeksiyadan qorumaq üçün antikor hazırlamadıqlarını bildirən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi insanların xəstəliyi keçirmiş olmasına baxmayaraq immunitetlərinin bu xəstəlyə qarşı güclənmədiyinə diqqət çəkib. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

ÜST-nin Təcili Yardım direktoru Mike Ryan, sağalmış bir xəstənin yenidən infeksiyaya yoluxmayacağı mövzusunda: "Buna cavabımız yoxdur. Bu 'naməlum' bir vəziyyətdir" deyib.

ÜST-nın Covid-19 mövzusunda aparıcı elm adamlarından biri olan Maria Van Kerkhove, Çində xəstələr üzərində aparılan bəzi araşdırmalarda 'aşkar edilən antikor reaksiyasının' olmadığını, ancaq bəzi xəstələrdə bunun olduqca yüksək olduğunu söyləyib.

Ven Kerkhove, həmçinin yüksək antikor reaksiyaları olan xəstələrin yenidən yoluxma olub olmaması məsələsinin 'fərqli bir mövzu' olduğunu söyləyib.

Aprelin 13-nə olan məlumata görə, dünyada 1 milyon 900 min insan yoluxub, onlardan ən az 110 min nəfəri ölüb və ən azı 300 min insan sağalıb.

ÜST səlahiyyətliləri, antikor reaksiyasını görmək, bunun immunitet qazandırıb qazandırmadığını və müdafiəsinin nə qədər davam etdiyini öyrənmək üçün sağalan xəstələrə aid daha çox məlumata ehtiyacların olduqlarını bildiriblər.
Virusun sağalan bir xəstədə yenidən aktiv olub olmadığı mövzusunda sual işarələri olduğunu deyən Mayk Ryan, "Bir infeksiyanın eyni xəstəlik ya da fərqli bir infeksiya ilə yenidən meydana gəldiyini görməyimiz üçün bir çox səbəb var. Viral infeksiyalarda bəzi insanlar virusu bədənlərindən tamamilə çıxara bilmirlər. Bəzilərində silinsə də, başqa bir bakterial infeksiya kimi qayıdır " deyə bildirib.