Yaşayış binasında yanğın olub

14 Aprel 2020 10:10 (UTC+04:00)

Neftçalada yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Neftçala rayonunun Bankə qəsəbəsində, birmərtəbəli yaşayış binasında ümumi sahəsi 54 m² olan mənzilin tavanı 3 m² sahədə, ümumi sahəsi 54 m² olan digər mənzilin 3 ədəd pəncərə çərçivəsi və içərisində 1 ədəd divan, binaya bitişik ümumi sahəsi 28 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.