Karantin yoxsa özünütəcrid? MÜTƏXƏSSİS FİKRİ

14 Aprel 2020 10:07 (UTC+04:00)

Karantin və özünütəcrid yeni növ koronavirusdan qorunma tədbirləri olsa da bir neçə fərqə və fərqli nəticələrə malikdir. SİA-nın xəbərinə görə, onların fəqli və oxşar tərəflərini açıqlayan rusiyalı həkim Alexander Myasnikov bildirib ki, koronavirus pandemiyasının yayılmasının qarşısınının alınması üçün ən asan yol karantindir: " Hər kəsin evdə qalması nəticəsində virusa qalib gəlmək mümkündür".

"Lakin bəzi hallarda bizim etdiyimiz nə karantin, nə də özünütəcrid deyil. Karantinin əsas prinsipi insanların bir-birilə qəti şəkildə təmas qurmamasıdır. Amma bir çox hallarda biz bunlara əməl etmirik. İctimai nəqliyyat çalışır, həkimlər, polislər eləcə də digərləri çalışmaq məcburiyyətindədirlər. Belə olan halda, bu və ya digər şəkildə karantin prinsipindən az da olsa kənarlaşırıq"- deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, əgər insanlar özünütəcrid etməsəydi, dünyada vəziyyət daha da ağır ola bilərdi: " Şəxsən mən özünütəcridin uzun müddətli olmasının tərəfdarl deyiləm. Çünki ailələrdə məişət zorakılığı, psixoloji xəstəliklər, iqtisadi problemlər artmağa doğru gedir. Lakin karantin rejimi zəiflənərsə, infeksiyanın daha geniş ötürülməsi potensialı daha da yüksələ bilər".

Həkim qeyd edib ki, koronavirus hava damcı yolu ilə ötürülür: "Ona görə də özünüzü qorumağın ən asan yolu uzaq iş rejiminə keçmək və xüsusi ehtiyac olmadan evinizi tərk etməməkdir. Digər insanlarla nə qədər az təmas qursanız özünüzü daha çox qorumuş olarsınız".