Ağdaşda yük avtomobili yanıb

14 Aprel 2020 10:00 (UTC+04:00)

Ağdaş rayonunun Əmirarx kəndində "İveco" markalı yük avtomobilinin 2 ədəd ön təkəri, mühərrik və kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.