Ermənistanda fövqəladə vəziyyət 30 gün uzadıldı

14 Aprel 2020 09:58 (UTC+04:00)

Ermənistan parlamentində fövqəladə vəziyyət rejiminin 30 günə uzadılması barədə qərar qəbul edildikdən sonra çağırılan fövqəladə iclas başa çatıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Parlament fraksiyalarının heç biri hökumətin qərarına qarşı çıxmayıb.

Yayımlanan məlumata görə, "Parlaq Ermənistan" fraksiyasının bir neçə məhdudiyyətin ləğvi təklifləri qəbul edilməyib.
Sözügedən saytda qeyd edilir ki, "Parlaq Ermənistan" fraksiyası Karen Dəmirçyan adına İrəvan metrosunun sanitar və epidemioloji normalara əməl olunması, habelə ictimai nəqliyyatda müntəzəm sərnişin daşımalarının təşkili üzərində ciddi nəzarət edilməsi şərti ilə fəaliyyətinə icazə vermək təklifi ilə çıxış edib, lakin təklif qəbul edilməyib.