ABŞ-ın cənubunda güclü küləklə müşahidə edilən qasırğa nəticəsində 26 nəfər ölüb.
SİA "BBC" telekanalına istinadən xəbər verir ki, Mississippi ştatında 11, Cənubi Karolina ştatında 8, Corciya ştatında 6, Arkanzas ştatında isə 1 nəfər həyatını itirib.
Luiziana, Arkanzas, Tennessi, Alabama, Cənubi Karolina və Şimali Karolinada 800 minə yaxın insan elektrik enerjisiz qalıb.
Üç ştatda (Missisipi, Luiziana və Alabama) fövqəladə vəziyyət elan edilib.