Fransada COVİD-19 diaqnozu ilə reanimasiya şöbələrində yatan xəstələrin sayı azalır

14 Aprel 2020 07:25 (UTC+04:00)

Fransada koronavirusdan 14 967 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazar günü axşamından bəri 24 saat ərzində ölənlərin sayı 574 nəfər artsa da, reanimasiya şöbələrində ağır xəstələrin sayı 24 nəfər azalaraq 6821-ə çatıb. Ardıcıl beşinci gündür ki, bu temp davam edir.

Epidemiya başlayandan xəstəxanalarda 9588 xəstə ölüb, qocalar evlərində isə 239 yaşlı insan dünyasını dəyişib.

Qeyd edək ki, epidemiya başlayandan Fransada 35435 nəfər sağalıb.