Misirdə ilk dəfə koronavirusdan ölüm hallarının azaldığı qeyd edilib

14 Aprel 2020 01:10 (UTC+04:00)

Misirdə ilk dəfə koronavirusdan ölüm hallarının azaldığı qeyd edilib.

SİA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi vəbər verir.

Bildirilir ki, son sutkada koronavirusdan 5 nəfər ölüb. Sonuncu dəfə belə göstərici aprelin 4-də qeydə alınıb, bundan sonra bütün sonrakı günlərdə ölənlərin sayı durmadan artaraq bir gündə maksimum 17 nəfərə çatdı.

Nazirliyin rəsmi nümayəndəsi Xalid Muqahedin sözlərinə görə, ötən sutka ərzində koronavirusa 125 yeni yoluxma hadisəsi qeydə alınıb.

Misirdə COVİD-19 virusuna yoluxanların ümumi sayı 2190 nəfər təşkil edib, 488 sağalıb, 164 adam ölüb.