BOK-nin üzvü: "Koronavirus Pekin-2022-yə də zərbə vura bilər"

13 Aprel 2020 23:08 (UTC+04:00)

“Beynəlxalq Olimpiya Komitəsinin sonda bizə gəlməməsi də mümkün olan ilkin qazancı bölüşməyi xahiş edirlərsə, dərin münasibətlər qurmamaq vacibdir”.

SİA xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Riçard Paund deyib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) sabiq prezidenti Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmasından sonra gəlirdən payını öncədən istəyən federasiyalar barədə danışıb. O bildirib ki, koronavirus Pekin-2022-yə zərbə vura bilər: “Tamamilə mümkündür ki, bəzi federasiyalar bu üslubda fəaliyyət göstərir və onların xərcləri qazanclarından çoxdur. Bir sözlə, belə federasiyaların yelkənlərini bu ağır durumda qırmaq lazım gələcək. Yaxın gələcək üçün planlaşdırma zamanı BOK bu xoşagəlməz ssenarinin nəticələrini nəzərə almalıdır ki, koronavirusla bağlı vəziyyət ən pis halda təkcə 2020-ci il deyil, həm də 2022-ci ilin Oyunlarına təsir edə bilər. Bu isə digər Olimpiya Oyunlarının qazancının da itirilməsinə çıxaracaq. Əminəm ki, BOK bütün mümkün nəticələri qiymətləndirib, həqiqətən də yardıma ehtiyacı olan beynəlxalq idman federasiyalarına və digər maraqlı tərəflərə kömək üçün mümkün olan hər şeyi edəcək”.