Koronavirusdan ölənlərin son sözləri

13 Aprel 2020 18:41 (UTC+04:00)

Amerikalı bir anestezioloq, bir koronavirus xəstəsinin ölməzdən qabaq son sözlərini barədə danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Onun sözlərinə görə, süni tənəffüs aparatına qoşulmazdan əvvəl xəstələrdən biri onun müalicəsi üçün kimin ödəniş edəcəyini soruşub.
"İnsanların həyatın son anlarında, bəlkə də son ölüm anlarında puldan narahat olmaları çox kədərlidir", deyə anestezioloq bildirib.
Ayrıca olaraq həkim, ölkənin səhiyyə sistemini müalicə üçün "soyğunçu qiymətləri" də tənqid edib.
Həkim qeyd edib ki, xidmətlərin qiyməti baha olduğu üçün bir çox vətəndaş xəstəxanalara getməkdən çəkinir.
Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da 555 313 koronavirus infeksiyası qeydə alınıb.