Mövsümi işə cəlb olunan şəxslərə nağd ödəniş ediləcək

13 Aprel 2020 17:35 (UTC+04:00)

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödəniş nağd qaydada veriləcək. SİA xəbər verir ki, bu, Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır.