ÜST: Koronavirusa qarşı hazırlanan 3 vaksin ümid verir

13 Aprel 2020 17:05 (UTC+04:00)

Dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparılır. SİA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Vaksinin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir. Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun "CanSino Biologics" şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın "Moderna" və "Inovio Pharmaceuticals" şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib.

Məlumata görə, koronavirusa qarşı vaksinin hazırlanması 2021-ci ilədək çəkə bilər.