Hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başladı - VİDEO

13 Aprel 2020 15:14 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb. SİA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, S-300 "Favorit" zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edir.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirir.