Məsihin heykəlinə həkim xalatı geyindirdilər

13 Aprel 2020 15:17 (UTC+04:00)

Rio-de-Janeyrodakı Məsih heykəlinə həkimlərin şərəfinə bir libas “geyindirilib”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Məlumata görə, Bazar günü Rio de Janeyrodakı Corcovado dağında yerləşən Məsihin məşhur heykəlinə həkim paltarı "geyindirilib". Həmçinin qeyd olunur ki, bu, koronavirusla mübarizəni davam etdirən tibb işçiləri ilə həmrəylik şəraitində aparılıb.

"Bu, qlobal bir pandemiyanın çətin dövründə ümid mesajıdır", deyə Rio de Janeiro arxiyepiskopu, kardinal Orani Juan Tempesta bildirib.