Müsavatçılar AXCP-yə müharibə elan etdilər TƏRS BAXIŞ + FOTO

13 Aprel 2020 13:50 (UTC+04:00)

Əli Oğuz: “Necə söydürəcəksənsə, elə də qarşılığını alacaqsan, əmin ol!”

Müsavat və AXCP arasında suların durulması məsələsinin mümkünsüzlüyü artıq belə demək olar ki, qiyamət gününədək davam edəcək. Belə ki, Müsavat partiyasının başqanı Arif Hacılının hələ yeni başqanlığı dönəmində AXCP sədri Əli Kərimli ilə münasibətlərini normallaşıdırmaq cəhdləri puç olduqdan sonra vəziyyət daha da gərgin hala keçdi. Məhz bu kimi məsələlərdən sonra müsavatçılar və cəbhəçilər arasındakı söz savaşları hədələrə, təhqirlərə və s. bu kimi halara doğru inkişaf etdi.

Müsavatçı fəal cəbhəçi sədrin erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən qurumların adlarını ictimailəşdirəcəyi anonsunu verib?

Artıq Avropda yaşayan Müsavat tərəfdarları olan “siyasi mühacirlər” də bu məsələdə çox yəqin ki, başqanları A.Hacılının təlimatlarını icra edərək, AXCP sədri Ə.Kərimliyə qarşı ifşaedici hücumlara start veriblər. Hətta onlardan biri – Əli Oğruz (Ali Oğuz) adlı müsavatçı birbaşa açıq ifadələrə keçməklə, Ə.Kərimlinin kimlərə işəməsi, hansı xarici qurumlardan maliyyə dəstəyi alması, xüsusilə də, Azərbaycana qarşı dşümən mövqeyində dayanan erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən qurumların adlarını ictimailəşdirəcəyi anonsunu verib.

Feysbukda status paylaşan Əli Oğuz eyni zamanda qarşı tərəfi təhqir edən fikrində yazıb ki,Ə.Kərimli ona qaşrı çıxanları trolları vasitəsi ilə söydürür, təhqir etdirir, ancaq buna baxmayaraq, AXCP sədrinin ifşası davam edəcək.

Artıq “ox öz yayından çıxıb”...

"Əli Kərimli sən ancaq ətrafına qabil kimi satqın, dələduz məxluqları yığa bilərsən, sənin oturub durduqların belə şəxsiyyətsizlərdir”, yazan müsavatçı fəal bundan çəkinmədiyini də bildirib: “Problem yoxdur. Necə söydürəcəksənsə, elə də qarşılığını alacaqsan, əmin ol! Ancaq mən söyməyəcəm, sənin əsl simanı təbliğ edəcəm”.

Göründüyü kimi, artıq necə deyərlər, “ox öz yayından çıxıb” və həmin hər iki tərəfin atdıqları “oxların” hədəfə dəyib-dəyməyəcəyini də zaman göstərəcək. Lakin fakt budur ki, bu məsələdə həmin tərəflər bütün çərçivələri aşdıqlarının da fərqindədirlər. Ona görə də, sona qədər ən barışmaz və amansız savaş srartının verilməsi də göz önündədir.

Rövşən NURƏDDİNOĞLU