“Bizi birləşdirən mədəniyyətimizdir”

13 Aprel 2020 13:06 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan və hazırda internet üzərindən fəaliyyətlərini davam etdirən uşaq musiqi və incəsənət məktəbləri Mədəniyyət Nazirliyi ilə “Mədəniyyət” kanalının birlikdə təşkil etdiyi Üzeyir Hacıbəyli həftəsində “Bizi birləşdirən mədəniyyətimizdir” layihəsində fəal iştirak edirlər. SİA-nın məlumatına görə, onlar eyni zamanda Baş İdarənin gerçəkləşdirdiyi #evdəqalmusiqisizqalma, #bizbirlikdegucluyuk çağırışlarına da bir-birindən maraqlı musiqi nömrələri və solo ifalarla qatılırlar. S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin hazırladıqları videoçarxlar da bu qəbildəndir.

Tar müəllimi İsrafil Quliyev, violin müəllimi Asif İsmayılov, saz müəllimi Mehman Abdullayev, şagirdlərdən Jalə Həsənzadə, Şəhriyar Axundzadə, Emin Əhmədov, Ayxan Mahmudovun ifalarını sosial şəbəkələrdən izləmək mükündür.