Ağcabədidə yanğın

13 Aprel 2020 13:05 (UTC+04:00)

Ağcabədi rayonunun Aşağı Avşar kəndində ümumi sahəsi 392 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində, mətbəxdə ev əşyaları 6 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.