Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb FOTO

13 Aprel 2020 12:55 (UTC+04:00)

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar, fevral və mart aylarında rayon ərazisində 3 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİAya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, rayonun Çinarlı kənd sakini, 28 yaşlı Nicat Kərimov rayonun Aşağı Seyfəli kəndindəki evlərə gizli yolla daxil olaraq oradan ümumi olaraq, 14 300 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıb. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib və bildirib ki, oğurladığı qızıl-zinət əşyalarını sataraq pulunu Bakıda xərcləyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.