Türkan kəndi haqqında virtual fotosərgi

13 Aprel 2020 13:50 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı virtual fotosərgi hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, fotosərgi Türkan qəsəbəsi haqqındadır.

Xatırladaq ki, Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olan yaşayış sahələrindəndir. On mindən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 kilometr aralıda yerləşir. Burada iki qəbiristanlıq mövcuddur. Qəbirüstü daşların üzərindəki şəkilli yazılar, bu abidələrin çox qədim tarixə malik olduğunu göstərir.

Monqolların Azərbaycana hücumundan əvvəl Türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O zamanlar türkmənlər sadəcə olaraq Türkan adı ilə məşhur idilər. Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da bu yerlərdə yaşamış türkmənlərin adı ilə bağlıdır.

Bu kənd həm də tanınmış yetirmələri ilə məşhurdur.