Xalq şairi Səməd Vurğuna həsr olunmuş virtual sərgi hazırlanıb

13 Aprel 2020 11:56 (UTC+04:00)

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bir çox müəssisələr fəaliyyətini internet üzərindən davam etdirir. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Xalq şairi Səməd Vurğun haqqında virtual sərgi hazırlayıb.

Sərgidə şairin həyat və yaradıcılığı ilə bağlı qısa məlumat paylaşılıb, onun kitabları və haqqında yazılmış əsərlər yer alıb.