Karantin qaydalarını pozan daha 1503 sürücü məsuliyyətə cəlb olunub

13 Aprel 2020 10:30 (UTC+04:00)

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə daha 1503 nəfər cəzalandırılıb. Baş Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

01.04.2020-ci il tarixindən bu günədək isə respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.