Çin Rusiya sərhədində tədbirləri artıracaq

13 Aprel 2020 09:49 (UTC+04:00)

Yeni bir növ koronavirus (Covid-19) epidemiyasının ortaya çıxdığı Çində Rusiya ilə sərhəd şəhərlərdə ümumi gömrük qapılarında tədbirlərini artırmaq qərarına gəliblər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Çində Covid-19 virusu yalnız xarici vətəndaşlarda aşkar edildiyi üçün bu mövzuda bir qərar verildiyi açıqlanıb.

Buna görə də, Çində Rusiya ilə sərhədi olan şəhərlər həm karantin tətbiq edəcək, həm də bu ölkədən gələnlərə nəzarəti artıracaq.

Rusiya ilə həmsərhəd olan Heilongjiang əyalətindəki Suifenhe və Harbin şəhərlərində yerli rəhbərlik, Rusiyadan gələnlərə müxtəlif testlərdən başqa 28 gün müddətində karantində olacağını açıqlanıb.

Rusiya əvvəllər Çinə uçuşları qadağan edib. Bu ölkədən quru yolu ilə sərhədi bağlayıb. Rusiyada 160 mindən çox Çin vətəndaşının yaşadığı təxmin edilir.