Serbiyada bağlanmış təhsil müəssisələri iyundan etibarən əvvəlki rejimə qayıda bilər

13 Aprel 2020 02:32 (UTC+04:00)

Serbiyada koronavirus təhlükəsi ilə əlaqədar bağlanmış təhsil müəssisələri iyundan etibarən əvvəlki rejimə qayıda bilər.

SİA xəbər verir ki, bu barədə Serbiyanın Təhsil naziri Mladen Şarşeviç məlumat verib.

O deyib ki, şagird və tələblər artıq iyundan təhsil müəssisələrinə dönə bilərlər. Serbiya təhlükəsizlik baxımından buna tam hazırdır.