Sumqayıt sakini yaşadığı mənzildə yüksək dozada narkotikin təsirindən ölüb

13 Aprel 2020 00:50 (UTC+04:00)

Sumqayıt sakini evində ölü tapılıb.

SİA xəbər verir ki, hadisə şəhərdəki yataqxanaların birində qeydə alınıb.

İlkin ehtimala görə, şəhər sakini, 32 yaşlı Məmmədov Faiq Nurəddin oğlu yaşadığı mənzildə yüksək dozada narkotikin təsirindən ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.